İngiltərə Premyer Liqasının XXXIII turunda "Mançester Yunayted" səfərdə "Tottenhem"lə qollu (2:2) heç-heçə edib. Matc.az saytı xəbər verir ki, "qırmızı şeytanlar"ın ikinci qolunun müəllifi olan Markus Reşford səfərdə 50-ci topunu vurub.
 
Bu, forvardın 2016-cı ilin fevralındakı debütündən bəri klubun ən yaxşı nəticəsidi.
 
Eyni zamanda Reşford bu mövsüm bütün turnirlərdə 29-cu dəfə fərqlənib. Bu, isə 2013-cü ildə Robin van Persidən sonra "mankunianlar"ın ən yaxşı göstəricisidi. Bu statistikaya çatmat üçün İngiltərə millisinin üzvünə 50 oyun lazım olub. Van Persi isə 48 qarşılaşmada 30 top vurub.
 
Qeyd edək ki, "Mançester Yunayted" hazırda 60 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest