"Tottenhem"in hücumçusu Harri Keyn Premyer Liqa rekordunu təkrarlayıb. Matc.az saytı xəbər verir ki, ulduz futbolçu XXXIII turda "Mançester Yunayted"lə oyunda buna nail olub.
 
O, 2:2 hesabı ilə başa çatan qarşılaşmada komanda yoldaşı Xın Min Sona məhsuldar ötürmə verib. Bu, Keynin çempionatda cənubi koreyalıya ümumilikdə 24-cü assistidi.
 
Cütlük bu statistika ilə Frenk Lempard – Didye Droqba ikilisinin rekordunu təkrarlayıb. Lempard da vaxtilə "çelsi"nin heyətində Droqbanın 24 qolunun məhsuldar ötürməsini verib.
 
Qeyd edək ki, Harri Keyn 2011-ci, Xın Min Son isə 2015-ci ildən "Tottenhem"də çıxış edir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest