"Barselona"nın gələn mövsüm çempionlar Liqasında oynayıb-oynamayacağına aydınlıq gəlib. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi qitənin ən nüfuzlu klub turnirində iştirak edə biləcək.
 
İspaniya nəhəngi müvafiq lisenziyanı mayın 15-dək alacaq. "Neqreyra işi"nin araşdırılmasının buna təsiri olmayacaq. UEFA Etika və İntizam Komitəsində "klubun yarışdan kənarlaşdırılmasını dəstəkləyə biləcək məlumat" yoxdur.
 
Bundan əvvəl "Barsa"nın prezidenti Joan Laporta UEFA-nın rəhbəri Aleksander çeferinlə görüş keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest