30 Aprel 2023, 12:31
FUTBOL
"Sabah"ın yarımmüdafiəçisi Aleksey Kaşuk Azərbaycan çempionatları tarixinə düşüb. Matc.az xəbər verir ki, o, Misli Premyer Liqasının XXXII turunda "Şamaxı" ilə görüşdə bunu bacarıb.
"Sabah"ın yarımmüdafiəçisi Aleksey Kaşuk Azərbaycan çempionatları tarixinə düşüb. Matc.az xəbər verir ki, o, Misli Premyer Liqasının XXXII turunda "Şamaxı" ilə görüşdə bunu bacarıb.
Kaşuk komandasının 1:0 hesablı qələbə qazandığı qarşılaşmada yeganə topun müəllifi olub. 23 yaşlı hücumameyilli oyunçu bununla cari mövsüm qollarının sayını 15-ə çatdırıb. Kaşuk Azərbaycan çempionatları tarixində bir mövsümdə ən çox qol vuran ukraynalı futbolçu rekordunu təkrarlayıb.
O, həmyerlisi Leonid Kalfanın rekorduna şərik çıxıb. Kalfa 1998-99 mövsümündə "Neftçi"nin heyətində keçirdiyi 24 oyunda 15 dəfə fərqlənib. Kaşuka isə bu göstəriciyə çatmaq üçün 27 görüş lazım olub.
Onları 12 qolla digər ukraynalılar Viktor Kulikov ("Şəmkir", 1999/2000) və Vladimir Mazyar ("Simurq", 2008/09) izləyir.