"İlk 20 dəqiqə dəhşətli idi. Bu, ilk belə hal deyil. Böyük oyunları daha yaxşı başa düşməliyik". Matc.az xəbər verir ki, bunu "Tottenhem"in hücumçusu Harri Keyn İngiltərə çempionatının 34-cü turunda "Liverpul"a 3:4 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib.  
 
Onun fikrincə, qarşılaşmanın sonlarında baş verənləri başa düşmək çətindir: "75 dəqiqə ərzində şanslarımız oldu, topu dirəyə vurduq və oyuna qayıtmağa tamamilə layiq idik. ümumiyyətlə, bu əla geri dönüş olardı. Son 10 saniyədə baş verənləri, necə və niyə baş verdiyini sözlə ifadə etmək çətindir"
 
Qeyd edək ki, aktivində 54 xalı olan "Tottenhem" hazırda turnir cədvəlində altıncı yerdədir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest