Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Yunanıstanda daha bir oyun idarə edib. Matc.az xəbər verir ki, o, Super Liqanın XXXIII turunda PAOK – "Aris" görüşündə iş başında olub.
 
İlk "altılıq"da yer alan komandaların duelində birincilər 3:2 hesablı qələbə qazanıb. Ağayev matçda meydan sahiblərinin 5, qonaqların isə 2 oyunçusuna sarı vərəqə göstərib. O, "Aris"in hücumçusu Abubakar Kamaranı 90+3-cü dəqiqədə qırmızı vərəqə ilə meydandan qovub.
 
Qeyd edək ki, PAOK hazırda 63 xalla dördüncü, "Aris" isə 47 xalla beşinci pillədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest