Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti Braziliya Futbol Federasiyası ilə danışıqlar apardığı barədə yayılan xəbərlərə münasibət bildirib. Matc.az AS nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis gələcəyi barədə geniş danışmaq istəmədiyini söyləyib: "Artıq dedim ki, gələcəyim barədə danışmayacağam. Amma qulaq asın, son tarix cəfəngiyatdır. Son tarix yoxdur, çünki mən heç kimlə danışmamışam". 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest