02 May 2023, 10:31
FUTBOL
İngiltərə Premyer Liqasının XXXIV turunda "Everton"u qəbul edən "Lester" doğma arenasında 2:2 hesablı heç-heçə ilə razılaşıb. Matc.az xəbər verir ki, "Lester"in heyətində qollardan birinə hücumçu Ceymi Vardi imza atıb.
36 yaşlı forvard bununla İngiltərə çempionatının yüksək liqasında qollarının sayını 136-ya çatdırıb. O, hazırda çempionatda çıxışını davam etdirənlər arasında bu göstəricidə üçüncü yeri tutur.
Vardi yalnız Məhəmməd Salah ("Liverpul", 137 qol) və Harri Keyndən ("Tottenhem", 208) geri qalır.
Qeyd edək ki, "Lester" 30 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşır.