02 May 2023, 13:13
FUTBOL
"Oyunöncəsi komandada ciddi zədəli futbolçu yoxdu. Yalnız Azər Əliyevin bəzi məşqlərdən sonra hərdən ağrıları olur"
"Neftçi" Misli Premyer Liqasının XXXII turunda "Qarabağ"la oyuna tam heyətlə hazırdı. Matc.az xəbər verir ki, bu barədə klubun baş həkimi Şaiq Zöhrablı məlumat verib.
Onun sözlərinə görə, yalnız müdafiəçi Azər Əliyevin səhhətində problem var. Lakin bu, onun meydana çıxmasına əngəl törətmir:
"Oyunöncəsi komandada ciddi zədəli futbolçu yoxdu. Yalnız Azər Əliyevin bəzi məşqlərdən sonra hərdən ağrıları olur. "Qarabağ"la görüşdən sonra onun yenidən müayinəsi ola bilər".
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Qarabağ" oyunu saat 20:00-da başlayacaq.
Write to Ruslan Sadiqov