Qara dəniz təmsilçisinin hazırkı qapıçısı Uğurcan Çakırın legioner həyatı yaşaması gözlənilir. Baş məşqçi postuna yeni təyin olunan Nenad Byelka isə "Neftçi"dəki həmyerlisi İvan Brkiçlə bu boşluğu doldurmağı planlaşdırır.

"Neftçi"nin qapıçısı İvan Brkiçin "Trabzonspor"a keçmək variantı Türkiyə gündəmindən düşmür. Matc.az yerli mətbuata istinadən məlumatına görə, "bordo-mavililər" bununla bağlı artıq ilk addımı atıb.
 
Qara dəniz təmsilçisinin hazırkı qapıçısı Uğurcan çakırın legioner həyatı yaşaması gözlənilir. Baş məşqçi postuna yeni təyin olunan Nenad Byelka isə "Neftçi"dəki həmyerlisi İvan Brkiçlə bu boşluğu doldurmağı planlaşdırır.
 
28 yaşlı qolkiperin "ağ-qaralar"la müqaviləsinin mövsümün sonuna qədər olması trabzonlular üçün əlavə üstünlük sayılır. Məlumatda bildirilir ki, "Trabzonspor" artıq Brkiçin meneceri ilə əlaqə saxlayaraq, onun transferə münasibətini öyrənməyə çalışıb. Onunla rəsmi danışıqların aparılması isə Uğurcandan asılı olacaq.
 
Qeyd edək ki, İvan Brkiç ötən ilin yanvarından "Neftçi"də çıxış edir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest