03 May 2023, 00:01
FUTBOL
"Bavariya"nın qapıçısı Manuel Noyer iyula qədər zədəsini tam sağaltmaq istəyir. Matc.az xəbər verir ki, veteran qolkiper 2-3 həftədən sonra yüngül məşqlərə və qaçışa başlamağı planlaşdırır.
Əgər bərpa prosesi fəsadsız keçsə, Almaniya millisinin üzvü iyulda Münhen klubunun təlim-məşq toplanışına qatılacaq.
Qeyd edək ki, Manuel Noyer ötən ilin dekabrında xizək sürərkən ayağını sındıraraq mövsümü başa vurub.