"Əl-İttihad"ın müdafiəçisi Zakaria əl-Havsavi Səudiyyə Ərəbistanı çempionatının 24-cü turunun "Əl-Şəbab"la oyununda (2:1) rəqibə tüpürdüyünə görə cəzalanıb. Matc.az xəbər verir ki, görüşə əlavə olunmuş vaxtda rəqibin yarımmüdafiəçisi Qrzeqorz Krıxovyaka tüpürən oyunçu meydandan qovulub.
 
Qərara əsasən, Zakaria mövsümün qalan hissəsini buraxacaq. Eyni zamanda klubu 16 min dollar məbləğində cərimə ödəyəcək.
 
"Əl-İttihad" 14 ildən sonra ilk dəfə Səudiyyə Ərəbistanı çempionu ola bilər. Klub 24 matçda 59 xalla ölkə çempionatına başçılıq edir və ikinci yerdə qərarlaşan "Əl-Nəsr"i 3 xal qabaqlayır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest