03 May 2023, 08:26
FUTBOL
"Yuventus"un iki futbolçusu komandanı tərk edə bilər. Matc.az "Merkato"ya istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Massimiliano Alleqri məlumat verib.
Onun sözlərinə görə, Anhel Di Mariya və Adrien Rabiotun heyətdə qalıb-qalmayacağı bəlli deyil: "çox şey çempionlar Liqasına vəsiqə qazanacağımızdan asılıdır".
Qeyd edək ki, "Yuventus" A seriyasında 32 turdan sonra turnir cədvəlində 60 xalla üçüncü pillədə qərarlaşıb. Komanda bu gün öz meydanında "Leççe" ilə qarşılaşacaq.