03 May 2023, 12:51
FUTBOL
Norveçli forvard "Mançester Yunayted"dəki həmkarı Markus Reşfordu taxtdan salıb. Haland ilk dörd ay ərzində 23 qola imza atıb. Reşford isə artıq 6-cı pilləyə düşüb.
2023-cü ilin ilk dörd ayında bütün turnirlərdə ən çox qol vuran futbolçuların adları açıqlanıb. Matc.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi siyahıya Erlinq Haland başçılıq edir.
Norveçli forvard "Mançester Yunayted"dəki həmkarı Markus Reşfordu taxtdan salıb. Haland ilk dörd ay ərzində 23 qola imza atıb. Reşford isə artıq 6-cı pilləyə düşüb.
Siyahıda 12 və daha çox qol vurmuş 79 oyunçu yer alıb. İlin geridə qalan dönəmində Azərbaycanda ən çox qol vuran futbolçular Musa Qurbanlı və Coy Lens Mikelsdi. "Qarabağ" və "Sabah"ın hücumçuları bu il 8 dəfə fərqlənib. Hər iki futbolçu bütün qolları Premyer Liqada vurub.
İlk "onluq" belədi:
1. Erlinq Haland ("Mançester Siti") – 23
2. Pedro ("Flamenqo") – 21
3. Kərim Benzema ("Real") – 21
4. German Kano ("Fluminense") – 20
5. Deklan Makmanus (TNS) - 19
6. Markus Reşford ("Mançester Yunayted") – 18
7. Barnabus Varqa ("Paks") - 18
8. Peter Şalulile ("Mamelodi "Sandouns") – 17
9. Odion İqalo ("Əl-Hilal") – 17
10. Maykl Olunqa ("Əl-Duhail") – 17