"Sabah"ın baş məşqçisi Murad Musayev və onun köməkçisi Vitali Kovalyov cəzalandırılıb. Matc.az xəbər verir ki, AFFA İntizam Komitəsi hər iki mütəxəssisi 1 oyunluq diskvalifikasiya edib.
 
Misli Premyer Liqasının XXXII turunda "Şamaxı" ilə qarşılaşmada həm Musayev, həm də Kovalyov qırmızı vərəqə alıb. Bu üzdən onlar "Kəpəz"ə qarşı keçiriləcək növbəti tur oyununu buraxacaqlar.
 
Mütəxəssislərin bu davranışı "Sabah"ı 1600 manat da ziyana salıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest