04 May 2023, 10:44
FUTBOL
"Mançester Siti" Pep Qvardiolanın rəhbərliyi altında bütün turnirlərdə 1000-ci qolunu vurub. Matc.az xəbər verir ki, yubiley topu Premyer Liqanın XXVIII turunda "Vest Hem"lə (3:0) keçirilən oyuna təsadüf edib.
Bu, ispaniyalının "şəhərlilər"ə gəlişindən sonra "Top-5" liqa klubları arasında ən yüksək göstəricidi. "Mançester Siti"nin bu göstəricisi hər hansı bir İngiltərə komandasının nəticəsindən 200 qol çoxdu. Mançesterlilərin ən yaxın izləyicisi "Liverpuldu" - 797 qol.
Qeyd edək ki, Pep Qvardiola 2016-cı ildən "Mançester Siti"ni çalışdırır. Komanda 52 yaşlı mütəxəssisin rəhbərliyi altında 404 oyun keçirib, 299 qələbə qazanıb, 47 heç-heçə edib və 58 məğlubiyyətlə üzləşib.