04 May 2023, 16:50
FUTBOL
"Arsenal"ın müdafiəçisi Aleksandr Zinçenko Premyer Liqada çempionluq uğrunda mübarizədən danışıb. Matc.az xəbər verir ki, ukraynalı futbolçu bildirib ki, komandasının İngiltərə çempionatını birinci yerdə başa vuracağına inanır.
"Qələbəyə inanmırsınızsa, oynamağın mənası yoxdur. Bizim futbolçularda inanılmaz keyfiyyət və enerji var. çox çalışsaq hər şey olar. Son matçlarda özümüzə gələ bildik. Əhval-ruhiyyəmizə və turnir cədvəlindəki mövqeyimizə görə normal həyata qayıtmağımız vacibdir. Davam etməliyik. Təəssüf ki, indi hər şey bizim əlimizdə deyil, amma bu liqada nə baş verə biləcəyini heç vaxt bilmirsən. Bizə gəlincə, diqqətimizi çıxışlarımıza yönəltməliyik. Mübarizəni davam etdirməliyik, çünki bu mövsüm çox çalışmışıq".
Qeyd edək ki, "Arsenal" 34 turdan sonra 78, lider "Mançester Siti" isə 33 oyundan sonra 79 xal toplayıb.