"Fulhem"in yarımmüdafiəçisi Joao Palinya yayda komandasını dəyişə bilər. Matc.az "Football Insider"ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu ilə "Bavariya" və "Liverpul" maraqlanır.
 
"Fulhem" 28 yaşlı futbolçunu istəyən komandadan 55 milyon avro tələb edəcək.
 
Palinya bu mövsüm "Fulhem"in heyətində bütün turnirlərdə 36 oyun keçirib və 4 qol vurub.
 
Onun London klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.  
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest