05 May 2023, 20:59
FUTBOL
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" mayın 7-də Türkiyə Super Liqasının XXXIII turunda "Kayserispor"la qarşılaşacaq. Matc.az xəbər verir ki, Konya təmsilçisində bəzi oyunçuların durumu baş məşqçi Aleksandar Stanoyeviçi narahat edir.
çünki düz 7 futbolçu vərəqə limitindədi. Onlar arasında Emreli və vaxtilə "Qarabağ"ın şərəfini qorumuş qapıçı İbrahim Şehiç də var. Bu oyunçulardan hücumçu Uçe İkpeazu və yarımmüdafiəçi Endri çekiçi onsuz da zədədən əziyyət çəkir.
Digər 5 nəfər isə "Kayserispor"la qarşılaşmada sarı vərəqə alarsa, cari mövsüm 4-cü dəfə bu halla üzləşmiş olacaq və "Alanyaspor"la növbəti tur matçını buraxacaq. Aleksandar Stanoyeviç də onlarla görüşərək, mümkün qədər ehtiyatlı oynamalarını istəyib.
Qeyd edək ki, Mahir Emreli "Qalatasaray", "Adana Demirspor" və "Trabzonspor"la görüşlərdə sarı vərəqə alıb.