08 May 2023, 10:38
FUTBOL
Portuqaliyalı pleymeyker cari mövsüm Premyer Liqada 103 qol imkanı yaradıb ki, bu göstəricidə əlçatmazdı.
Avropanın "böyük beşlik" ölkələrində ən çox qol şansı yaradan futbolçuların adları açıqlanıb. Matc.az xəbər verir ki, siyahıya "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes başçılıq edir.
Portuqaliyalı pleymeyker cari mövsüm Premyer Liqada 103 qol imkanı yaradıb ki, bu göstəricidə əlçatmazdı.
Siyahıda ilk "üçlüy"ün digər sakinləri də İngiltərədə çıxış edir. "Nyukasl"ın müdafiəçisi Kiran Trippier 101, "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyne isə 97 qol imkanına malikdi.
Qeyd edək ki, "Mançester Yunayted" hazırda 63 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.