Emin Mahmudovun "Neftçi"də debütü 2017-18 mövsümündə reallaşıb. O, geridə qalan 150 görüşdə 37 qol vurub.

Misli Premyer Liqasının XXXIII turunda "Turan Tovuz"la keçirilən oyun "Neftçi"nin kapitanı Emin Mahmudov üçün yubileylə yadda qalıb. Matc.az saytı xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatında 150-ci görüşünə çıxıb.
 
Ancaq yubileyi heç də uğurlu alınmayıb. çünki komandası Tovuz səfərindən 0:4 hesablı məğlubiyyətlə dönüb.
 
Emin Mahmudovun "Neftçi"də debütü 2017-18 mövsümündə reallaşıb. O, geridə qalan 150 görüşdə 37 qol vurub.
 
Kapitan "ağ-qaralar"ın tarixində 1992-ci ildən bəri keçirilən ölkə çempionatlarında 150 matç həddinə çatan 6-cı futbolçudu.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest