Uğursuz mövsüm keçirən "Neftçi" yayda liderini itirmək təhlükəsi ilə üz-üzədir. Matc.az saytının məlumatına görə, kapitan Emin Mahmudovun komandada qalmaq şansı gün keçdikcə azalır.
 
31 yaşlı yarımmüdafiəçi rəhbərliklə yeni müqavilə məsələsində heç cür ortaq məxrəcə gələ bilmir. çünki "ağ-qaralar"ın təklifi ilə kapitanın tələbləri üst-üstə düşmür.
 
Digər tərəfdən oyunçu özü legioner həyatı yaşamaq variantını nəzərdən keçirir. Türkiyədən təklifləri olsa da, Mahmudov Rusiyaya qayıtmaqda daha çox maraqlıdı.
 
Rusiya Premyer Liqasının bir neçə klubu milli komandamızın üzvünün durumunu diqqətdə saxlayır. Xüsusən də, "Krasnodar" bu baxımdan fəallıq nümayiş etdirir. Qış fasiləsində "Qarabağ"dan Kadi Borgesi transfer edən "Krasnodar"ı Mahmudovun yayda azad agent statusuna yiyələnməsi iştahlandırır.
 
Qeyd edək ki, Rusiya futbol məktəbinin yetirməsi olan Emin Mahmudov qonşu ölkədə "Saturn", "Spartak", "Tom", "Krılya Sovetov", "Mordoviya" kimi klublarda çıxış edib. Yarımmüdafiəçi 2017-ci ildən "Neftçi"nin formasını geyinir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest