"Məqsədimiz stabil çıxış etmək, kuboku qazanmağa mümkün qədər yaxınlaşmaq və sonda uğur əldə etməkdi"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola çempionlar Liqasının yarımfinalında "Real"la keçiriləcək oyun barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis hədəflərinin finala yüksəlmək olduğunu bildirib.
 
Ancaq Qvardiola rəqibin güclü olduğunu da etiraf edib:
 
"Məqsədimiz stabil çıxış etmək, kuboku qazanmağa mümkün qədər yaxınlaşmaq və sonda uğur əldə etməkdi. Mövsümə yalnız çempionlar Liqasını düşünərək hazırlaşsanız və məğlubiyyətə düçar olsanız, heç nə qalmayacaq. çL-i qazanmaq asan deyil. çünki normalda bu turniri "Real" qazanır. ötən il çempionlar Liqasında uduzanda dünyanın sonu kimi idi. Amma indi yenə yarımfinaldayıq".
 
Qeyd edək ki, "Real"la "Mançester Siti" arasında ilk oyun bu gün Madriddə baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest