10 May 2023, 09:23
FUTBOL
"Bu görüşdə qalib gəlmək olardı. Bununla belə, düşünürəm ki, həm rəqib, həm də biz yaxşı nəticə əldə etdik"
"Hisslər yaxşıdır. Döyüşdük, vuruşduq, yaxşı oynadıq". Matc.az xəbər verir ki, bunu Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti çempionlar Liqasının yarımfinal mərhələsində "Mançester Siti" ilə ilk oyunu (1:1) şərh edərkən deyib.
Onun fikrincə, cavab görüşündə mübarizə son dəqiqəyə kimi davam edəcək.
"İlk 30 dəqiqədə rəqib üstün idi, lakin bundan narahat olmadıq. Biz müdafiədə yaxşı mövqe tutmuşduq və əks-hücum üçün uyğun anı gözləyirdik. İkinci hissədə öz qapımızdan hücumlara daha yaxşı başlaya bildik. Bu görüşdə qalib gəlmək olardı. Bununla belə, düşünürəm ki, həm rəqib, həm də biz yaxşı nəticə əldə etdik" – deyə, italiyalı mütəxəssis bildirib.
Ançelotti hakimlərdən razı qalmadığını vurğulayıb: "Hakim diqqətli deyildi, topun meydandan kənara çıxdığını görmədi. Mənə sarı vərəqə göstərdi. Ona dedim ki, bu vərəqə futbolçulara göstərilməli idi".