10 May 2023, 09:48
FUTBOL
"Heç-heçə yaxşı nəticədir". Matc.az xəbər verir ki, bunu Madrid "Real"ının qapıçısı Tibo Kurtua deyib.
çempionlar Liqasında "Mançester Siti" ilə ilk yarımfinal oyunu haqda danışan belçikalı qolkiperin sözlərinə görə, cavab oyununa final kimi baxmaq lazımdır: "Cavab oyunu finala bərabər olacaq və ümid edirəm ki, bu fikir beynimizdə olacaq. Səfərdə oynayacağımıza baxmayaraq, finalda biz çox yaxşı çıxış edirik. Amma çətin olacaq".