"Barselona" və "Bavariya"nın olduğu qrupdan çıxdıq, bu yolda mühüm təcrübə topladıq. "Porto" və "Benfika" ilə daha iki çox çətin maneə ilə qarşılaşdıq, onları dəf etdik"

"İnter"in baş məşqçisi Simone İnzaqi çempionlar Liqasının yarımfinal mərhələsində "Milan"la keçiriləcək oyunu dəyərləndirib. Matc.az xəbər verir ki, 47 yaşlı mütəxəssis futbolçuların üzərinə böyük yük düşəcəyini söyləyib:
 
"İlk oyuna ciddi yanaşırıq. Ruhumuzda heç bir şübhə yoxdu, ancaq ağıldan da istifadə etməli olacağıq. çünki mütləq çətin anlar olacaq. Mübarizə 180 dəqiqə davam edəcək. Son 20 ayda yeddi derbi keçirmişik. Bütün oyunlar bir-birindən fərqlidi. Futbolçular azarkeşlər üçün özlərini qurban verməlidilər".
 
İnzaqi bu mövsüm çL-də keçdikləri maneələri xatırlayıb: "Barselona" və "Bavariya"nın olduğu qrupdan çıxdıq, bu yolda mühüm təcrübə topladıq. "Porto" və "Benfika" ilə daha iki çox çətin maneə ilə qarşılaşdıq, onları dəf etdik. Qarşıda daha biri var".
 
İnzaqi "Milan"ın hücumçusu Rafael Leao amilini xüsusi vurğulayıb: "Leaonun güclü tərəflərini bilirik. O, meydana çıxsa, ehtiyat tədbirləri görəcəyik. Ancaq bu, ümumi oyun planına təsir etməyəcək. "Milan" futbol oynamağı bacarır, bu, sadəcə əks-hücumlar deyil. Biz hər cəhətdən yaxşı olmalıyıq".
 
Qeyd edək ki, bu gün "San Siro"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest