"Oyundan və nəticədən məmnunam. Möhtəşəm ilk yarı keçirdik"

"İnter"in baş məşqçisi Simone İnzaqi çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Milan" üzərində qazanılan 2:0 hesablı qələbəni dəyərləndirib. Matc.az xəbər verir ki, 47 yaşlı mütəxəssis komandasından razı qalıb.
 
Ancaq o, daha böyük fərqlə qalib gəlməyin mümkünlüyündən bəhs edib:
 
"Oyundan və nəticədən məmnunam. Möhtəşəm ilk yarı keçirdik. Daha çox qol vura bilərdik. Amma yenə də matç uğurlu alındı. Evimizdə azarkeşlərimiz önündə keçiriləcək cavab oyunu öncəsi öndəyik. Bilirik ki, arzumuzu gerçəkləşdirmək üçün hələ çox səy göstərməliyik".
 
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu mayın 16-da keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest