11 May 2023, 11:00
FUTBOL
"İnter"in hücumçusu Edin Dzeko çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Milan" üzərində qazanılan 2:0 hesablı qələbəyə münasibət bildirib. Matc.az xəbər verir ki, bosniyalı forvard düzgün hazırlıq sayəsində rəqibi məğlub etdiklərini düşünür:
"çempionlar Liqasının yarımfinalında derbi oldu. Belə hal hər gün baş vermir. Yaxşı hazırlaşdıq, sona qədər konsentrasiyamızı saxladıq və bu, öz bəhrəsini verdi".
Qarşılaşmada ilk qolun müəllifi olan Dzeko bunun o qədər də mühüm olmadığını bildirib: "Hamı bilir ki, mən komanda üçün oynayıram. Bəzən qol vurmaq mümkün olmur, amma təkcə qol vurmaq üçün deyil, başqa faydalar da gətirməyə çalışıram. Düşünürəm ki, bu matçda görülməli olan işləri gördüm".
Qeyd edək ki, Edin Dzeko 2021-ci ildən "İnter"in formasını geyinir.