çempionlar Liqasının yarımfinal mərhələsində "Milan"la keçirilən oyun "İnter"in hücumçusu Edin Dzeko üçün əlamətdar olub. Matc.az xəbər verir ki, görüşdə hesabı açan ulduz futbolçu 30 yaşdan sonra bu turnirdə 20-ci qolunu vurub.
 
Dzeko 30 yaşı keçdikdən sonra qitənin ən nüfuzlu klub turnirində bunu bacaran 7-ci oyunçu olub. Ona qədər Kriştiano Ronaldo, Lionel Messi, Robert Levandovski, Kərim Benzema, Zlatan İbrahimoviç və Didye Droqba bunu bacarıb.
 
Qeyd edək ki, "İnter" səfərdə "Milan"ı 2:0 hesabı ilə məğlub edib. Dzeko bu mövsüm "neradzurra"nın heyətində 47 oyunda 14 qol vurub, 5 məhsuldar ötürmə verib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest