Bu gün AFFA İntizam Komitəsini iclası keçirilib. Matc.az xəbər verir ki, qurum Misli Premyer Liqasının XXXIII turunda keçirilən iki oyunla bağlı cərimə tətbiq edib.
 
"Turan Tovuz" – "Neftçi" qarşılaşmasında hər iki komandanın 4 oyunçusu sarı vərəqə alıb. Bu üzdən komandalar 800 manat cərimə olunublar.
 
"Qarabağ" – "Qəbələ" qarşılaşması başa çatdıqdan sonra meydançaya kənar şəxs daxil olduğundan, ağdamlılar "Qarabağ" 1600 manat cəriməyə məruz qalıblar.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest