Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun "Ersgebirge"dən ayrılacağı dəqiqləşib. Matc.az xəbər verir ki, Almaniyanın III liqa təmsilçisi rəsmi saytı vasitəsilə bu barədə məlumat yayıb.
 
Bildirilib ki, bəzi futbolçularla başa çatan müqavilə yenilənməyəcək. Nazarov isə özü Aue təmsilçisindən ayrılmaq qərarına gəlib. Onun bu qərarı rəhbərliyə bildirdiyi və yayda sözləşməsini yeniləməyəcəyi açıqlanıb.
 
Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən "Ersgebirge"də çıxış edir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest