"Yuventus"un müdafiəçisi Leandro Bonuççi durumu barədə danışıb. Matc.az xəbər verir ki, italiyalı futbolçu Avropa Liqasının yarımfinal mərhələsinin "Sevilya" ilə ilk oyununda əvəzlənməsini əzələ problemi ilə əlaqələndirib.
 
O, topla təmasda olan əzələsində narahatlıq hiss etdiyi üçün əvəzetmə tələb etdiyini bildirib: "Vəziyyəti gərginləşdirməmək üçün meydanı tərk etmək icazəsi istədim. Sonda hər şey ən yaxşı şəkildə alındı, çünki Qatti hesabı bərabərləşdirdi. Sevilyada çətin rəqiblə gərgin qarşılaşma olacaq".
 
Qeyd edək ki, görüş 1:1 hesabı ilə yekunlaşıb. Cavab qarşılaşması mayın 18-də keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest