12 May 2023, 11:22
FUTBOL
İspaniya La Liqasının prezidenti Xavyer Tebas PSJ-nin hücumçusu Lionel Messinin "Barselona"ya mümkün qayıdışından dəyərləndirib. Matc.az xəbər verir ki, o, qurum rəhbəri bunun mümkünsüz olmadığını söyləyib.
Ancaq onun fikrincə, Kataloniya klubu daha bir neçə oyunçusu ilə vidalaşmalıdı:
"Busketsin gedişi Messinin qayıdışına aparan yolun başlanğıcıdır. Amma sona çatmaq üçün hələ çox yol var. Onlara yaşıl işıq yandıran mən deyiləm. Bu, maliyyə durumlarından asılı olacaq".
Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqaviləsi mövsümün sonuna qədərdi. O, Fransa klubundan əvvəl 2021-ci ilə qədər "Barselona"nın formasını geyinib.