12 May 2023, 11:54
FUTBOL
Avropa Liqasının yarımfinal mərhələsində "Sevilya" ilə oyun "Yuventus"un kapitanı Leonardo Bonuççi üçün əlamətdar olub. Matc.az xəbər verir ki, ulduz futbolçu 1:1 hesabı ilə başa çatan qarşılaşmada yubiley oyununu keçirib.
Belə ki, o, Turin təmsilçisinin heyətində 500-cü matçını keçirib. Bununla əlaqədar olaraq ona 500 rəqəmi olan simvolik forma hədiyyə edilib.
36 yaşlı müdafiəçi bu qarşılaşmalarda 37 qol vurub, 10 məhsuldar ötürmə verib. O, 8 dəfə ölkə çempionu olub, 3 dəfə İtaliya Kubokunu, 5 dəfə Superkubokunu qazanıb.
Qeyd edək ki, Leonardo Bonuççi 2010-cu ildən "Yuventus"un formasını geyinir.