İspaniya La Liqasının rəhbəri Xavyer Tebas 2023-cü ildə "Qızıl top"a əsas namizədini açıqlayıb. Matc.az xəbər verir ki, o, "Real"ın hücumçusu Vinisius Junioru bu ada layiq sayır.
 
Onun fikrincə, bu il "Qızıl top"u braziliyalı qazanacaq:
 
"Düşünürəm ki, o, dünyanın ən yaxşı oyunçularından biridir. Vinisiusun FIFPro komandasında və "Qızıl top" namizədləri arasında olmaması məni təəccübləndirdi. O, dünyanın ən yaxşı 3-4 oyunçusundan biridir. Fikrimcə, "Qızıl top"u da qazanacaq".
 
Qeyd edək ki, Vinisius cari mövsüm La Liqada 10 qol vurub, 9 məhsuldar ötürmə verib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest