22 May 2023, 07:31
FUTBOL
"Bu hal birincidir, nə ikinci, nə də üçüncü. La Liqada irqçilik adi hala çevrilib". Matc.az xəbər verir ki, bu fikirlər Madrid "Real"ının hücumçusu Vinisiusa məxsusdur.
"Kral klubu" İspaniya çempionatının 35-ci turunda səfərdə "Valensiya" ilə qarşılaşıb. Meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılan Madrid təmsilçisinin futbolçusu oyun ərzində baş verənləri şərh edib.
"La Liqa rəhbərliyi, federasiya irqçiliyi normal qarşılayır, rəqiblər də buna həvəs göstərir. Bir vaxtlar Ronaldinyo, Ronaldo, Kriştiano və Messinin oynadığı çempionat indi irqçilərə məxsusdur. Aşiq olduğum gözəl bir ölkə dünyaya irqçi bir ölkə imicini ixrac etməyə razılaşdı. İspanlara yazığım gəlir, amma bu gün Braziliyada İspaniya irqçilər ölkəsi kimi tanınır" – deyə, Vinisius tvitterdə yazıb.
Braziliyalı qeyd edib ki, karyerasının sonunadək irqçiliyə qarşı mübarizə aparacaq: "Mən güclüyəm və irqçilərə qarşı sona qədər gedəcəyəm. İspaniyadan uzaqda olsa belə".