22 May 2023, 07:53
FUTBOL
"Mançester Siti"nin hücumçusu Erlinq Haland Premyer Liqa çempionluğunu şərh edib. Matc.az BBC-yə istinadən xəbər verir ki, norveçli futbolçu arxada qalan mövsümün yaddaqalan olduğunu bildirib:
"Nə deyəcəyimi bilmirəm. çox şadam. Bunlar ömrümün sonuna qədər xatırlayacağım xatirələrdir. Xüsusi hadisədir. Bu gündən həzz alacağam. Möhtəşəmdir. Debüt mövsümü, 36 qol, Premyer Liqa kuboku və qarşıda iki final var. Pis deyil".
Haland "Siti"yə 2022-ci ildə Dortmund "Borussiya"sından keçib. Futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir.