"Biz titulu qeyd etməliyik, əks halda, bunun mənası yoxdur". Matc.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola deyib. 
 
Premyer Liqa çempionluğu haqda danışan ispaniyalı çalışdırıcı bildirib ki, çempionlar Liqasının finalına qədər dincəlmək üçün hər şeyi edəcəklər: "Daha iki oyun keçirməliyik. İndi hiss edirəm ki, hamımız bir az yorğunuq, çünki mövsüm uzun idi. Növbəti turda "Brayton"la oyun çətin olacaq və bundan sonra "Mançester Yunayted" və "İnter"lə oyunlara hazırlaşmaq üçün vaxtımız olacaq".
 
"Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qriliş isə bildirib ki, komandasını məğlubedilməz sayır: "özümüzü məğlubedilməz hiss edirəm. Mən daha inamlı oynamağa başladım. Ona görə də "Mançester Siti"ni seçdim. özümü burada daha çox göstərə bilərəm. Mən göyün yeddinci qatındayam, amma orada dayana bilmərəm"
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest