"Stadionda gördüklərimiz futbolda olmamalı idi". Matc.az xəbər verir ki, bunu Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti deyib.
"Valensiya" ilə səfər oyununda baş verənlərə toxunan italiyalı mütəxəssis bildirib ki, La Liqada işlər qaydasında deyil.
 
"Azarkeşlər futbolçularımızdan birini təhqir edirdi. La Liqada nəsə pislik var. Hakim oyunu dayandırmalı idi. Bütün stadion oyunçunu irqi zəmində təhqir etdi. Bütün bunlar qəbuledilməzdir" – deyə, Ancelotti bildirib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest