22 May 2023, 09:51
FUTBOL
Reytinqə braziliyalı Rojerio Seni başçılıq edir. Braziliyalı əsrin ilk 10 illiyində 58 qolla yadda qalıb.
XXI əsrin ilk onilliyində ən çox qol vuran qapıçılar müəyyənləşib. Matc.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2001-2010-cu illər aralığında həmkarlarını ən çox məyus edən qolkiperlərin siyahısını dərc edib.
Reytinqə braziliyalı Rojerio Seni başçılıq edir. Braziliyalı əsrin ilk 10 illiyində 58 qolla yadda qalıb.
Siyahıya azərbaycanlı sabiq qapıçı Nizami Sadıqov da düşüb. "Turan" və "Kəpəz"in sabiq üzvü bu müddətdə 9 dəfə fərqlənib. Sadıqov ümumi karyerası ərzində isə 21 qola imza atıb.
1. Rojerio Seni (Braziliya) - 76
2. Conni Veqas (Peru) - 35
3. Vensan Enyama (Nigeriya) - 24
4. Misael Alfaro (Salvador) - 22
5. Fernando Patterson (Kosta-Rika) - 22
6. Kristian Lukketti (Argentina) - 19
7. Dimitar İvankov (Bolqarıstan) - 18
8. Fan Van Santos (Vyetnam) - 15
9. Sebastian Saya (Argentina) - 13
10. Hans-Yorq Butt (Almaniya) - 11
11. Jarko Luçiç (Monteneqro) - 10
12. Qaston Losa (Argentina) - 9
13. Nizami Sadıqov (Azərbaycan) - 9
14. Uqo Suares (Boliviya) - 8
15. Xose Luis çilavert (Paraqvay) - 7