Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, komitə Misli Premyer Liqasının XXXV turunun "Qarabağ" – "Sumqayıt" oyunu ilə bağlı sərt qərarlar verib.
 
Ağdam təmsilçisinin hücumçusu Ramil Şeydayev görüşün ardından rəqib futbolçuya əl-qol atdığına görə 2-si şərti olmaqla 3 oyunluq cəzalandırılıb. Bu, kluba 2400 manat cərimə bahasına başa gəlib.
 
"Sumqayıt"ın üzvü Todor Todoroski də ona eyni şəkildə qarşılıq verdiyi üçün eyni cəzaya məruz qalıb. "Sumqayıt" da "Qarabağ" kimi, 2400 manat məbləğində cərimələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest