28 May 2023, 13:16
FUTBOL
"Biz "Mançester Siti"ni yaxşı tanıyırıq, onlar dünyanın ən güclü komandasıdır". Matc.az xəbər verir ki, bunu "İnter" klubunun baş məşqçisi Filippo İnzaqi deyib.
İtaliya təmsilçisinin çalışdırıcısı çempionlar Liqasının finalında qarşılaşacaqları "Mançester Siti"ni oyunun favoriti adlandırıb: "Rəqib favoritdir, lakin biz özümüzə arxayınıq. Aqressiv oynamaq vacib olacaq. Həm də yaxşı dincəlmək lazımdır, çünki son vaxtlar çoxlu matçlar keçirmişik. Enerjimizi doldurmalı və zədələri sağaltmalıyıq".
Qeyd edək ki, çempionlar Liqasının finalı iyunun 10-da keçiriləcək.