Almaniya Bundesliqasında mövsümün ən yaxşı futbolçusu bəlli olub.
Matc.az xəbər verir ki, bu ada "Borussiya"nın (Dortmund) yarımmüdafiəçisi Cud Belingem layiq görülüb.
Məlumatı Bundesliqanın mətbuat xidməti yayıb.
19 yaşlı futbolçu cari mövsüm çempionatda 31 matçda meydana çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə verib.