"Mançester Siti"nin hücumçusu Erlinq Haland klubun baş məşqçisi Xosep Qvardiola haqda danışıb. Matc.az xəbər verir ki, norveçli futbolçu ispaniyalı mütəxəssisin mövsümboyu ona dəstək verdiyini bildirib.
 
"Qvardiola məni inkişaf etdirdi. Təbii ki, bir-birimizi tanıdıq. Hər şey ondan irəli gəlir ki, mən ona qulaq asmalıyam, çünki Qvardiola indiyə qədər tanıdığım ən yaxşı məşqçidir. Mən ona niyə qulaq asmamalıyam?" – deyə, Haland bildirib.
 
Qeyd edək ki, Haland bu mövsüm bütün yarışlarda 51 oyuna çıxıb və 52 qol vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest