"Qarabağ"ın çempionlar Liqasının (çL) I təsnifat mərhələsindəki son potensial rəqibi bəlli olub. Matc.az saytı xəbər verir ki, Azərbaycan çempionu Albaniya təmsilçisi "Partizani" ilə qarşılaşa bilər.

ölkəsinin çempionatında qızıl medalları qazanan "Partizani" qitənin ən nüfuzlu klub turnirinin I raundunda səpələnməmişlərdə yer alacaq. Bu isə o deməkdi ki, adıçəkilən komandanın "Qarabağ"la üz-üzə gəlmək ehtimalı var.

Bununla, Qurban Qurbanovun yetirmələrinin bütün mümkün rəqibləri bilinib. Yalnız Ermənistan çempionu məlum deyil. Ancaq çempionumuz püşkatma zamanı ermənilərlə də qarşılaşa bilməz.

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 20-də atılacaq. Raundun oyunları 11-12 iyul və 18-19 iyul tarixlərində keçiriləcək.

UEFA çempionlar Liqası
I təsnifat mərhələsi

Səpələnmişlər: "Ferentsvaroş" (Macarıstan), "Qarabağ" (Azərbaycan), "Slovan" (Slovakiya), "Şerif" (Moldova), BATE (Belarus), "Astana" (Qazaxıstan), "Makkabi" (Hayfa, İsrail), "Jalgiris" (Litva), HIK (Finlandiya), "Flora" (Estoniya), "Şemrok Rovers" (İrlandiya), TNS (Uels), "Olimpiya" (Sloveniya), "Zrinski" (Bosniya və Herseqovina)

Səpələnməmişlər: "Linkoln" (Cəbəllütariq), "Klaksvik" (Farer adaları), İlkin mərhələnin qalibi, "Dinamo" (Tbilisi, Gürcüstan), "Rakuv" (Polşa), "Partizani" (Albaniya), "Aris" (Limassol, Kipr), "Haken" (İsveç), "Farul" (Rumıniya), "Valmieras" (Latviya), "Ballkani" (Kosovo), "Larne" (Şimali İrlandiya), Ermənistan çempionu, "Hamrun" (Malta), "Hesperange" (Lüksemburq), "Struqa" (Şimali Makedoniya).

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest