30 May 2023, 09:59
FUTBOL
Növbəti mövsüm Azərbaycanı Konfrans Liqasında təmsil edəcək "Neftçi", "Sabah" və "Qəbələ"nin növbəti potensial rəqibləri müəyyənləşib. Matc.az xəbər verir ki, püşkatmada səpələnmişlərdə qərarlaşacaq "ağ-qaralar"ın növbəti mümkün rəqibi "Torpedo BelAZ" (Belarus) olub.
"Sabah" və "Qəbələ" isə səpələnməmişlərdə yer alacaqlar. Onların potensial rəqibləri sırsına "Bazel" (İsveçrə) və AEK (Larnaka, Kipr) də qoşulub.
Qeyd edək ki, II təsnifat mərhələsinin püşkü iyunun 21-də atılacaq. Təmsilçilərimiz ilk oyunlarını iyulun 27-də, cavab görüşlərini avqustun 3-də keçirəcəklər.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi
Səpələnmişlər: "Brügge" (Belçika), "Bazel" (İsveçrə), "Gent" (Belçika), PAOK (Yunanıstan), "Makkabi (Təl-Əviv, İsrail), "Viktoriya" (çexiya), "Budo-Qlimt" (Norveç), "Lex" (Polşa), "Hapoel" (Beer-Şeva, İsrail), "Yurqarden" (İsveç), APOEL (Nikosiya, Kipr), "Beşiktaş" (Türkiyə), "Riyeka" (Xorvatiya), "Gimaraeş" (Portuqaliya), "Styaua" (Rumıniya), "Legiya" (Polşa), "Rusenborq" (Norveç), "Spartak" (Trnava, Slovakiya), AEK (Larnaka, Kipr), "Omoniya" (Kipr), "KuPS" (Finlandiya), "Neftçi" (Azərbaycan), "Osiyek" (Xorvatiya), "Aris" (Saloniki, Yunanıstan)
Səpələnməmişlər: "Voyvodina" (Serbiya), "Lütsern" (İsveçrə), "Bohemians" (çexiya), "Beytar" (İsrail), "Hammarbü" (İsveç), "Kalmar" (İsveç), "Kauno" (Litva), "Poqon" (Polşa), "Zalaeqerseq" (Macarıstan), "Keçkemet" (Macarıstan), "Debretsen" (Macarıstan), "Sepsi" (Rumıniya), "Qəbələ" (Azərbaycan), "Boraç" (Bosniya və Herseqovina), "Sabah" (Azərbaycan), "Ordabasi" (Qazaxıstan), "Aktobe" (Qazaxıstan), "çelye" (Sloveniya), "Auda" (Latviya), "Differdanj" (Lüksemburq), "Torpedo BelAZ" (Belarus)
Qeyri-müəyyən: "Petrokub" (Moldova).