30 May 2023, 11:50
FUTBOL
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo AVRO-2024-ün seçmə mərhələsi üçün Portuqaliya yığmasının heyətinə cəlb olunub. Matc.az xəbər verir ki, 38 yaşlı hücumçu millisinin iyunun 17-də Bosniya və Herseqovina, iyunun 20-də isə İslandiya ilə keçirəcəyi oyunlarda iştirak edəcək.
Portuqaliyalılar Avropa çempionatının seçmə mərhələsində artıq iki oyun keçirib və Lixtenşteynlə (4:0) Lüksemburq (6:0) üzərində qələbə qazanıb. Bu oyunlarda Ronaldo iki qol vurub.