"çelsi"nin keçmiş baş məşqçisi Qrem Potter yenidən Premyer Liqada işləyə bilər. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssislə "Kristal Pelas" maraqlanır.
 
Londonlular müqaviləsi iyunun 30-da başa çatacaq 75 yaşlı Roy Hocsonun yerinə Potteri gətirmək istəyirlər.
 
Potter aprelin əvvəlində "çelsi"dən istefaya göndərilib. O, əvvəllər "Brayton"a rəhbərlik edirdi.
 
"Kristal Pelas" ötən mövsüm Premyer Liqanı 11-ci pillədə başa vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest