Abdullaye Ba ilə yollarını ayıran "Sabah" müdafiənin mərkəzində yaranan boşluğu başqa bir əcnəbi ilə doldurmaq niyyətindədi. Matc.az saytının əldə etdiyi məlumata görə, Misli Premyer Liqasının gümüş mükafatçısı artıq bu yöndə axtarışlara başlayıb.
 
Belə ki, menecerlər Serbiyanın "Voyvodina" klubunun arxa xətt oyunçusu Mamadu Traoreni təmsilçimizə təklif ediblər. Rəhbərlik ucaboy malili futbolçunun mümkün transferini dəyərləndirir.
 
Mali millisinin sabiq üzvü "Voyvodina"ya ötən ilin yayında Portuqaliya təmsilçisi "Eştrela"dan keçib. Onun serbiyalılarla müqaviləsi gələn ilin yayına qədər olsa da, transferi qeyri-mümkün görünmür. çünki Traorenin dəyəri 200 min avroya bərabər göstərilir.
 
Qeyd edək ki, 29 yaşlı müdafiəçi karyerası ərzində İspaniya, ABŞ, Honduras, Portuqaliya və Serbiya çempionatlarında çıxış edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest