"Kəpəz"in yarımmüdafiəçisi Fərid Nəbiyev karyerasını Misli Premyer Liqasında davam etdirə bilər. Matc.az saytının əldə etdiyi məlumata görə, 24 yaşlı futbolçu iki komandanın maraq dairəsindədir.
 
Müqavilə ilə çexiyanın "Viktoriya Jijkov" klubuna məxsus olan Nəbiyevin bu mövsümü icarə əsasında keçirdiyi "Kəpəz"də qalmaq şansı çox azdı. çünki çexiyalıların transfer üçün tələb etdiyi məbləği gəncəlilər ödəməyə razılıq verməyiblər.
 
Ancaq "Turan Tovuz" və "Sumqayıt" bu keçid üçün qarşı tərəflə danışıqları davam etdirir. Bu mənada tovuzlular bir addım öndədi. 
 
Yarımmüdafiəçinin növbəti mövsümü "Turan Tovuz"da keçirmək ehtimalı yüksəkdi.
 
Qeyd edək ki, "Turan Tovuz" bundan öncə "Sumqayıt"dan qapıçı Aydın Bayramovla razılığa gəlib. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest